Avropa Liqasında son matç: Emeri dördüncü dəfə bu turnirin qalibi ola biləcəkmi?
İdman
26.05.2021 11:13
191

Avropa Liqasında son matç: Emeri dördüncü dəfə bu turnirin qalibi ola biləcəkmi?

Loading...

Bu gün UEFA Avropa Liqasında 2020/21 mövsümünün final oyunu keçiriləcək.

Xeber.Club xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin həlledici qarşılaşmasında “Vilyareal”la İngiltərənin gümüş medalçısı “Mançester Yunayted” qarşılaşacaq.

Polşanın Qdansk şəhərində baş tutacaq görüşdə qələbə daha çox “Vilyareal”a lazımdır. Çünki İspaniya klubu La Liqada yalnız yeddinci yeri tuta bilib. Vilyareal şəhərinin təmsilçisi bu halda yalnız Avropa Konfrans Liqasında yarışa bilir. Ancaq bu qələbə ilə “Vilyareal” növbəti mövsüm İspaniyanın Çempionlar Liqasında oynayacaq beşinci komandası ola bilər.

Bu matçda favorit “Mançester Yunayted” göstərilsə də, “Vilyareal” qələbə qazansa, heç kim təəccüblənməyəcək. Çünki bu komandanın baş məşqçisi Unay Emeri artıq bu turnirdə üç komanda ilə final oynamaq təcrübəsinə malikdir. Üç dəfə “Sevilya”ya qızıl, “Arsenal”a isə bir dəfə gümüş medal qazandırmış Emerinin bu, beşinci cəhdi olacaq. Ancaq “Vilyareal” finalda uduzsa belə, bu, klub tarixinin ən uğurlu nəticəsi sayılacaq.


“Mançester Yunayted” bu matçın nəticəsindən asılı olmayaraq, növbəti mövsüm Çempionlar Liqasında yerini təmin edib. Ancaq klub dörd ildən sonra ikinci dəfə bu turnirin qalibi olmaq istəyir. Bununla da Mançester klubu mövsümdə yeganə titulunu qazanmaq üçün Avroliqanın final matçında qalib olmaq niyyətindədir.


“Vilyareal”ın vitse-kapitanı Visente İbora bu matçda dizindəki zədə səbəbindən oynaya bilməyəcək. Zədədən yenicə sağalmış nigeriyalı Samuel Çukvueze və argentinalı Xuan Foytun isə meydana buraxılıb-buraxılmayacağı sual altındadır. “Mançester Yunayted”də Fil Cons və fransalı Antoni Marsyal da diz zədəsinə görə finalda olmayacaqlar. “Qırmızı şeytanlar”ın kapitanı Hari Maquayr topuq nahiyəsindəki zədəsini sağaltsa da, meydana çıxacağı dəqiq bilinmir.


UEFA Avropa Liqası

Final

26 may

23:00 “Vilyareal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Kleman Türpen (Fransa)

Qdansk. Qdansk stadionu...

Loading...
close
close