Azərbaycan millisinin hücumçusu Ukraynada rəmzi komandaya düşüb
İdman
31.08.2021 13:34
648

Azərbaycan millisinin hücumçusu Ukraynada rəmzi komandaya düşüb

Loading...

Futbol üzrə Ukrayna Premyer Liqasında VI turun rəmzi komandası açıqlanıb.

Kanal.az xəbər verir ki, ən yaxşı "11-lik"də "Minay"da çıxış edən Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə də yer alıb.

21 yaşlı forvard evdə "Şaxtyor"la 1:1 hesablı heç-heçə etdikləri matçın 76-cı dəqiqəsində fərqlənərək, komandasını məğlubiyyətdən xilas edib. O, qonaqların futbolçusu Marlonun qırmızı vərəqə ilə meydandan qovulmasında da yaxından iştirak edib.

Qeyd edək ki, 5 turdan sonra 5 xalı olan "Minay" 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Loading...
close
close