Azərbaycan Türkiyədən
Gündəm
01.09.2021 14:23
174

Azərbaycan Türkiyədən "Bayraktar TB2" PUA-ları alacaq

Loading...

Məlum olduğu kimi "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilib. Hazırda bir çox ölkənin Türkiyə PUA-larını əldə etmək üçün növbəyə düzüldüyünü qeyd bildirilir. Bəs Azərbaycan da həmin PUA-ları əldə edə biləcəkmi?

Kanal.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, Azərbaycan Ordusu "Akıncı" silahlı PUA-sını əldə edəcək:

"Artıq 15 ilə yaxın vaxtdır ki, dünyanın bir sıra ölkələri, o cümlədən də Azərbaycan Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində ixtisaslaşmış hərbi birləşmələrin yaradılması prosesinə start verib. Azərbaycan bu sahədə dünyanın qabaqcıl ölkələrindən biridir. Həm silahlı qüvvələrdə PUA-ların hərbi təyinatlı məqsədlər üçün istifadəsi baxımından, həm də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin birində istehsalı baxımından. Hələ 10 il əvvəl Azərbaycan bu istiqamətdə müəyyən addımlar atmışdı. Lakin Türkiyə bir qədər də irəli gedərək, silahlı PUA-ların yaradılması prosesini həyata keçirib. Biz Vətən müharibəsində Türkiyə istehsalı olan "Bayraktar TB2" silahlı PUA-sından çox effektiv istifadə etmişdik. Əlbəttə, Azərbaycan bu silahlı PUA-nın əldə edilməsində xüsusi imtiyazlara malik olan ölkədir. Hələ 1994-cü ildə Türkiyə və Azərbaycan arasında strateji əməkdaşlığa dair imzalanmış müqavilədən sonra bu iki ölkə arasında hərbi-texniki sahədə hərbi təyinatlı məhsulların alınması ilə bağlı çox böyükmiqyaslı işlər həyata keçirilir. Bu da onun tərkib hissəsidir". / Sonxeber.az

Loading...
close
close