Həyətində çətənə yetişdirən Yevlax sakini tutuldu - FOTO
Gündəm
25.08.2021 10:48
774

Həyətində çətənə yetişdirən Yevlax sakini tutuldu - FOTO

Loading...

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər zamanı Yevlax Rayon Polis və Mühafizə Şöbələrinin əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakini Məhəmməd Məmmədov saxlanılıb.

M.Məmmədovun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş çəkisi 42 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir


Loading...
close
close