Litvanın xarici işlər naziri Azərbaycana gəlir
Ölkə
25.04.2021 18:37
258

Litvanın xarici işlər naziri Azərbaycana gəlir

Loading...

Bu gün Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Cənubi Qafqaz regionuna səfəri başlayır.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycana gələcək nazir ikitərəfli münasibətləri müzakirə edəcək, həmçinin yüksək səviyyəli hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Həmçinin, ölkəmizdə səfərdə olarkən Q.Landsberqis Litva tatarları ilə bağlı sərginin açılış mərasimində iştirak edəcək.

Bununla yanaşı, nazir Polşa Konstitusiyasının 230-cu il dönümünə həsr olunmuş tədbirə qatılacaq.

Loading...
close
close