Rusiyada vəzifəli şəxsdən ciddi İDDİA: “Sizin üçün Putin mənəm”
İdman
25.05.2021 12:15
58

Rusiyada vəzifəli şəxsdən ciddi İDDİA: “Sizin üçün Putin mənəm”

Loading...

Rusiyanın Komi Respublikasının rəhbəri Vladimir Uyba yerli sakinlərlə söhbət zamanı onların dövlət başçısı Vladimir Putinə müraciət etməklə bağlı fikirlərinə sərt reaksiya verib.


Bu barədə Rusiya mətbuatı yazıb.


Mayın 17-də baş tutan görüş zamanı Uyba sakinlərə problemləri barədə siyahı hazırlamağı təklif edib. Cavab olaraq sakinlər bu cür siyahıları hər il tərtib etdiklərini bildiriblər. Bundan əlavə sakinlərdən biri birbaşa olaraq Vladimir Putinə şikayət ünvanlamağı təklif edib. Bu fikirdən qəzəblənən Vladimir Uyba bildirib:


“Sizin üçün Putin mənəm. Başqa kim ola bilər? Mən sizin rəhbərinizəm. Bəs məni nə üçün seçmisiniz? Sonradan Putinə yazmaq üçün? Bəs onda mən nə üçün varam?”.

Loading...