THEJ.CA: “Azərbaycanlılar Ermənistanın ekoloji terrorundan əziyyət çəkirlər”
Ölkə
25.08.2021 12:43
849

THEJ.CA: “Azərbaycanlılar Ermənistanın ekoloji terrorundan əziyyət çəkirlər”

Loading...

“Etnik baxımdan Qarabağ regionunun köklü əhalisi olan azərbaycanlılar ekosid və ekoloji terrordan, o cümlədən suyun çirkləndirilməsindən əziyyət çəkirlər. Belə bir zamanda Fransa, ABŞ-ın Prezident Administrasiyası, Almaniya və beynəlxalq ictimaiyyətin digər vacib üzvləri beynəlxalq hüququ pozaraq bu bölgəni işğal etmiş erməniləri dəstəkləyir”.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Oxçuçayı çirkləndirməsi problemini işıqlandıran “Canada's Jewish News” nəşri yazır.

Nəşr qeyd edib ki, Qarabağdakı ekoloji terror göz qabağındadır. Məhv edilmiş ağaclar və yandırılmış kənd təsərrüfatı sahələri bundan xəbər verir. Təbiətə vurulmuş ziyanın miqyası o qədər böyükdür ki, hətta üstündən bir neçə ay keçsə belə yanğınların bir qismi hələ də söndürülməyib.

THEJ.CA qeyd edir ki, çayın suyunda kimyəvi maddələrin həcminin yüksək olması və burada yaşayan fauna nümayəndələrinin kütləvi qırılması Azərbaycan xalqı üçün böyük faciədir. Çirklənmiş su Azərbaycanda suvarma və kənd təsərrüfatı üçün yararsızdır. Bu sudan istifadə ürək-damar və əsəb sistemi xəstəliklərinə səbəb ola bilər.

Loading...
close
close